Dünya futbolu

Arda Güler bu gün debüt edə bilər

“Real”ın “Malyorka” ilə görüş üçün iştirak ərizəsi açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, bir müddətdir meydanlardan uzaq olan Vinisius, Dani Carvaxal və Arda Güler də heyətə daxil edilib. Arda görüşdə oyuna daxil olsa, “kral klubu”nun heyətində debüt etmiş olacaq.

Oyun Bakı vaxtıyla saat 22:15-də başlayacaq. “Real” 18 turdan sonra 45 xalla turnir cədvəlinə başçılıq edir, “Malyorka” isə 18 xalla 14-ci yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43