Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatındakı çıxışına başlayıb.
Zoze Alesionun rəhbərlik etdiyi komanda D qrupunun ilk turunda Avropa çempionatının debütantı Gürcüstan millisi ilə qarşılaşıb. Oyun yığmamızın məğlubiyyəti ilə başa çatıb – 2:3.
Gürcüstan – Azərbaycan – 3:2
Qollar: Lisandro, 10 – Vilela, 6, 14
Azərbaycan: Emin Kürdov, Felipinyo, Tyaqo Bolinya, Vassura, Eduardo, Rizvan Fərzəliyev (k), Fineo de Arauxo, Rafael Vilela, Ramiz Çovdarov, İsa Atayev, Hadi Ahmadi
Gürcüstan: Zviad Kupatadze (k), Şaqinya, Roninyo, Tales, Elisandro, Bukiya, Giorgi Qavtadze, Vilian Lourenso, Şota Topuriya, Vahtanq Kekeliya, İrakli Todua, Arçil Sebiskveradze, Nikolos Kurtanidze, Bruno Petri
Qroningen, Niderland
“Martini Plaza” arenası
Hakimlər: Sedrik Pelisye(Fransa), Daniel Matkoviç (İsveçrə), Nikola Yeliç (Xorvatiya)
Qrupun digər oyununda isə 23:30-da İspaniya və Bosniya və Herseqovina milliləri üz-üzə gələcək.