İdman

Avropa Liqası: “Astana” və digərləri 1/16-ə adladı

Avropa Liqasında sonuncu – 6-cı turun oyunları keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, gecənin matçlarından sonra növbəti mərhələyə yüksələn bütün komandaların adlarına aydınlıq gəlib. Son tur öncəsi 1/16 finala yüksəlməyi təmin etmiş 16 komandaya – “Vilyarreal”, “Dinamo” (Kiyev), “Partizan”, “Braqa”, “Milan”, “Atalanta”, “Lion”, “Styaua”, “Viktoriya”, “Arsenal”, “Zalsburq”, “Ostersun”, “Latsio”, “Nitsa”, “Zenit” və “Real Sosyedad”a daha 8 kollektiv qoşulub.

“Astana”, “Atletik”, “Lokomotiv”, “Srvena Zvezda”, “Ludoqorets”, AEK, “Kopenhagen” və “Marsel” son günün xoşbəxtləri olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43