Dünya futbolu

Avropa Liqası: “Barselona” və “Atalanta” mübarizəni dayandırdı

Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Turnirin favoritlərindən “Barselona” “Kamp Nou”da “Aytraxt”la üz-üzə gəlib. Almaniya klubu səfərdə gözlənilməz qələbə əldə edib – 3:2. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından Frankfurt təmsilçisi növbəti mərhələyə yüksəlib.

Gecənin nəticələri ilə sizi tanış edirik:

Avropa Liqası
1/4 final, cavab oyunları

14 aprel

“Atalanta” (İtaliya) – “Leypsiq” (Almaniya) – 0:2
Qollar: 
Nkunku, 18, 87
İlk oyun – 1:1

“Barselona” (İspaniya) – “Ayntraxt” (Almaniya) – 2:3
Qollar:
 Buskets, 90+1, Depay, 90+10 – Koştiç, 4 (pen.), Borre, 36
İlk oyun – 1:1

“Lion” (Fransa) – “Vest Hem” (İngiltərə) – 0:3
Qollar: Douson, 38, Rays, 44, Bouen, 48
İlk oyun – 1:1

“Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya) – 3:1
Qollar: 
Tavernye, 2, 44 (pen.) – Karmo, 83
İlk oyun – 0:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43