Dünyanın məşhur bukmeker kontorları Avropa Liqasının qrup mərhələsinin son turunun oyunları üçün əmsalları açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, qrupdan çıxmaq şansını itirən “Qəbələ” “Krasnodar”la ev oyununda favorit deyil. Bu matçda “Qəbələ”nin qələbəsinə 3.80, qonaqların Bakıdan 3 xalla ayrılacağına isə 1.85 əmsal verilib. Matçın ümumi heç-heçəsi isə 3.75 kimi dəyərləndirilib.
Qrupdan çıxmaq şanslarını son matça kimi saxlayan “Qarabağ”ın Belçikada “Anderlext”i məğlub edə bilməsinə 8.00 əmsal verilib. Matçın heç-heçəsinə 4.33, “Anderlext”in qələbəsinə isə 1.40 “kofiçent” açılıb.
Xatırladaq ki, Avroliqanın qrup mərhələsinin heç bir oyununda “Qəbələ” favorit qismində göstərilmədi.
Qeyd edək ki, son turun matçları dekabrın 10-da keçiriləcək.