Kateqoriyasız

Avropa Liqasında finalın adı: “Mançester Yunayted” – “Vilyarreal”

Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

İlk görüşdə rəqibini 6:2 hesabı ilə məğlub edən “Mançester Yunayted” səfərdə İtaliya “Roma” ilə qarşılaşıb. İtaliya klubu 3:2 hesabı ilə qələbə qazansa da, bu, yetərli olmayıb və “qırmızı şeytanlar” finala yüksəlib.

Yarımfinalın digər görüşü İngiltərədə keçirilib. “Arsenal” səfərdə 1:2 hesabı ilə məğlub olduğu “Vilyarreal”la üz-üzə gəlib. Matçda hesab açılmayıb. Bu nəticə ispanları finala yüksəldib.

Avropa Liqası
Yarımfinal (cavab oyunları)

6 may

“Arsenal” (İngiltərə) – “Vilyarreal” (İspaniya) – 0:0
İlk oyun – 1:2

“Roma” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) – 3:2
Qollar: Dzeko, 57, Kristante, 60, Zalevski, 83 – Kavani, 39, 68
İlk oyun – 2:6


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43