Kateqoriyasız

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

İdmanxeber.az Ukrayna Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, turnirdə Özbəkistan və Tunisin U-21 yığmaları da qüvvəsini sınayacaq. Azərbaycan millisi Ukrayna, Tunis isə Özbəkistanla qarşılaşacaq.

Qeyd edək ki, turnir 26-28 mayda təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43