22 Dekabr 2024
Milli komanda

Avstriya – Azərbaycan matçını idarə edəcək hakimlər müəyyənləşdi

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Avstriya – Azərbaycan matçına hakim təyinatları müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Avstriyada baş tutacaq matçı İslandiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Qunnar Yarl Yonsson olacaq. Ona yan xəttə hakimləri Qunnar Qunnarson və Birkir Siqurdarson kömək edəcək. Dördüncü hakim funksiyasını Torvaldur Arnason yerinə yetirəcək.

Qeyd edək ki,  Avstriya – Azərbaycan oyunu oktyabrın 9-u keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43