Avstriya millisinin skautları Avro-2024-ün qrup mərhələsindəki rəqiblərindən olan Azərbaycan yığmasının yoxlama oyununu izləyəcək.
İdmanxeber.az “OE24″ə istinadən xəbər verir ki, bu barədə Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik məlumat verib: “Bu, qrupdakı rəqiblərimizi yenidən canlı görmək üçün son şansdır. Rəqiblərimiz olan İsveç, Estoniya və Azərbaycan da bizim yoldaşlıq görüşlərimizi izləyir”.
Millimiz dünən yoxlama oyununda Moldovaya 2:1 qalib gəlib. Komanda noyabrın 20-i Şimali Makedoniya ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz qrupunda ilk oyununu gələn il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.