Kateqoriyasız

AFFA PFL və klublara top verdi

Misli Premyer Liqasında və Birinci Divizionda çıxış edən klubların istifadəsi üçün AFFA tərəfindən Peşəkar Futbol Liqasına 630 (altı yüz otuz) ədəd top verilib.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yüksək liqada çıxış edən hər bir klub üçün 30, aşağı dəstə komandalarının hər birinə 20 top ayrılıb. Daha 30 top isə PFL üçün nəzərdə tutulub.

Xatırladaq ki, əvvəlki mövsümlərdə də klublara toplar təqdim olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43