Kateqoriyasız

“Uşaq futbolunda istedadlı azyaşlılar məhv olur” – azərbaycanlı məşqçi

“Uşaq futbolunda istedadlı azyaşlılar məhv olur. Onlara futbolun təməl texnikası, fiziki və topsuz məşqlər düzgün keçirilmir. AFFA-nın məşqçilik kursları məşqçilər üşün vacibdir. Orada düzgün iş qaydası öyrədilir. Lisensizya alsan da, almasan da keçdiyin təcrübə inkişaf üçün çox faydalıdır”.

Bu sözləri İdmanxeber.az saytına AZART futbol klubunun baş məşqçisi Səxavət Ağazadə uşaq futbolundakı problemlərdən danışarkən deyib. O, daha sonra belə davam edib:

“Əfsuslar olsun ki, indiki gənc çalışdırıcılar öz üzərlərində çox işləmirlər. Bəzi ödənişli klublar var ki, orada xeyli istedadlı uşaqlar məhv olur. Məşqçilər öz xeyirlərinə görə azyaşlıları başqa klıublara yönəltmir. Təsəvvür edin ki, 13-14 yaşlı uşaqlar ofsaydı bilmirlər.

Komandalar çempionata 20-30 uşaqla yollanır, lakin yarışda yeddi, doqquz nəfərlik komandarla çıxış edirlər. Yerdə qalan uşaqlar isə oyun təcrübəsindən məhrum olurlar. Uşaq ki futbol oynamır onun inkişafından söhbət gedə bilməz. Məşqçilər azyaşlıları bir yerə yığıb onların hamısını komandada saxlamamalıdırlar. Uşaq futbolunda ele klublar var ki, ölkədəki bütün yaxşı oyunçuları yığıb yarışlara qatılır. Bu halda isə rəqabət olmur. Bu gün uşaq futbolunda elə çatışmamazlıqlar var ki, danışmaqla bitməz. Əgər gələcəyimizi düzətmək istəyiriksə, uşaq futboluna diqqət və qayğını artırmalıyıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43