Kateqoriyasız

Avstriyalı skautlar millimizin oyununu izləyəcək

Avstriya millisinin skautları Avro-2024-ün qrup mərhələsindəki rəqiblərindən olan Azərbaycan yığmasının yoxlama oyununu izləyəcək.

İdmanxeber.az “OE24″ə istinadən xəbər verir ki, bu barədə Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik məlumat verib: “Bu, qrupdakı rəqiblərimizi yenidən canlı görmək üçün son şansdır. Rəqiblərimiz olan İsveç, Estoniya və Azərbaycan da bizim yoldaşlıq görüşlərimizi izləyir”.

Millimiz dünən yoxlama oyununda Moldovaya 2:1 qalib gəlib. Komanda noyabrın 20-i Şimali Makedoniya ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz qrupunda ilk oyununu gələn il martın 24-də səfərdə  Avstriyaya qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43