22 Dekabr 2024
Kateqoriyasız

Ayaz Quliyev millimizdən aldığı təklif haqda: “Öz milliyyətimdən imtina etmirəm”

Rusiya “Arsenal”ının  (Tula) futbolçusu Ayaz Quliyev Azərbaycan millisində oynayacağına dair iddialara növbəti dəfə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, “Matç TV”-yə danışan 25 yaşlı yarımmüdafiəçi hələlik bu məsələdə konkretliyin olmadığını söyləyib:

“Öz milliyyətimdən imtina etmirəm, amma indi “Razıyam, gedirəm” deyə bilmirəm.Hər şeyi müzakirə etmək lazımdır. Mən böyümüşəm və bütün həyatımı Rusiyada keçirmişəm. Burada çoxlu dostum var. Oraya gəldikdə, bu, milli mənsubiyyətlə bağlı məsələdir.

Belə deyək, əlaqə saxladılar, sonra dayandılar. Ardından yenidən əlaqə saxladılar.Amma konkretlik yox idi. Konkretlik olanda bu haqda düşünəcəyəm”.

Qeyd edək ki, AFFA-nın A.Quliyevi yığmanın növbəti matçlarına qədər milliləşdirmək istədiyi barədə xəbərlər yayılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43