22 Dekabr 2024
Dünya futbolu

Ayaz Quliyev “Spartak Moskva”da ilk qolunu vurdu

Bu yaxınlarda amerikalı turisti döyərək adı qalmaqalda hallanmış “Spartak”ın azərbaycanlı futbolçusu Ayaz Quliyev “Yenisey”lə oyunda fərqlənməyi bacarıb.

Moskva klubunun 2:0 hesablı qələbəsi ilə başa çatan matçda Quliyev 83-cü dəqiqədə Luis Adrianonun ötürməsindən sonra fərqlənib. Bu, Ayazın “Spartak”ın əsas heyətində vurduğu ilk qol olub.

22 yaşlı futbolçu “Spartak”ın yetirməsi olsa da, o, bir ara “Rostov”da icarə əsasında çıxış edib. Quliyev Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının üzvüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43