Azərbaycan millisinin qapıçısı Emil Balayev çıxış etdiyi “Ayntraxt” klubunda qışa qədər yaşıl meydanlardan uzaq qalacaq.
İdmanxeber.com-un məlumatına görə, bu barədə Frankfurt təmsilçisinin baş məşqçisi Armin Fe məlumat verib: “Emil qışa qədər oynaya bilməyəcək. Bu müddət həqiqətən onun üçün çətin keçəcək”.
Komandanın 3-cü qapıçısı olan Balayevin stomatoloji əməliyyat keçirməsi səbəbindən məşqlərə qatılmadığı bildirilir.