29 Dekabr 2024
Kateqoriyasız

Ayxan Abbasov: “İnqilab Məmmədov “Sumqayıt”ın uduzmağı üçün hər şeyi etdi”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının VIII turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

O, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

– Oyun haqda danışılası nəsə yoxdu. Komanda bir həftə ərzində oyuna hazırlaşır, gecə-gündüz əziyyət çəkir. İlk dəqiqələrdə qırmızı vərəqə verilməsi, komandanın oyununu pozur. “Qırmızı” müəmmalı idi. Biz bu gün “qırmızı”ya baxırıq, təkrarlarda da verilib. Murad hakimə etiraz edə bilər, amma başqa heç nə etmədi. Baş hakim İnqilab Məmmədov “Sumqayıt”ın uduzmağı üçün hər şeyi etdi. Yəqin indi sevinir. İnsanların haqqına belə girmək olmaz. Futbolçularım vuruşdular. Bəlkə də, Tellur ikinci hissənin əvvəlində qol vursaydı, fərqli şeylər olardı. Məşqçilik çətin sənətdi. Hərdən adam bu peşəni seçdiyi üçün peşman olmur. Bacarmadım. Bu gün işimə nifrət etdim. Niyə hakimin səhvini deyə bilmirik? Nə üçün? Bəs, biz necə inkişaf edəcəyik? İnqilab çıxsın desin ki, qərar tam düzgündür. Xal heç nədir. Danışmırıq, gəlir belə olur. 10-15-ci dəqiqədə belə “qırmızı” vermirlər. Hakim oyuna nəzarət etməlidir. Onlar baxmırlar xarici matçlara? Belə hakimlər getsin özlərinə sənət tapsın.

– Hakim haqda kim deyir ki danışmaq olmaz?
– Reqlament. Hakim 10-cu dəqiqədə sonra oyunu bitirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43