“Səfərdə “Sabah”la matçda bir xal qazanmaq da bizi sevindirdi. Çətin olacağını bilirdik. Çünki yeni komandayıq, yeni oyunçular var. Adaptasiyaya bir neçə oyun lazımdır”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Sabah” oyunu (2:2) sonrası deyib. O, daha sonra belə davam edib:
“Futbolçularım müdafiə planında ilk dəqiqələrdə səhvlərə yol verdi və qollar buraxdıq. Amma ruhdan düşmədik, iki qol vurduq. “Sabah”a iki qol vurmaq futbolçularıma inam verir. Hər xal bizim üçün vacib olacaq. “Sabah”a uğurlar arzulayıram, avrokuboklarda çətin oyuna çıxacaqlar”.