Bu gün Premyer Liqanın 32-ci turu çərçivəsində “Zirə”nin qonağı olacaq “Turan Tovuz” matç öncəsi ciddi itkilərlə üzləşib.
Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, Tovuz klubunun heyətində qapıçılar – Tərlan Əhmədli zədəli, Kamal Bayramov isə cəzalıdır. Komandanın baş məşqçisi Ayxan Abbasov məcburiyyətdən bugünkü oyunda 3-cü qapıçı – Mehman Hacıyevə güvənməli olacaq.
Bundan başqa, komandanın müdafiə xəttində də ciddi itkilər var. Belə ki, Eltun Turabov və Tərlan Quliyev də cəzalı durumda olduğu üçün bugünkü oyunu buraxmaq məcburiyyətində qalıblar.