04 İyun 2026
Ölkə futbolu

“Qarabağ” yarımfinalda, “Sumqayıt” darmadağın oldu – YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. 

İdmanxeber.az xəbər verir ki, əvvəlcə kubokun son qalibi “Qarabağ” “Səbail”i qəbul edib. İlk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən “köhlən atlar” cavab görüşündə də matçdan qalib ayrılıb – 3:1.

Bu nəticənin ardından “Qarabağ” yarımfinala vəsiqə qazanıb.

Günün digər matçında isə “Sabah” “Sumqayıt”ın qonağı olub. Komandalar arasında keçirilən ilk oyunda qol vurulmamışdı. İkinci matçda isə “Sabah” rəqibini darmadağın edib – 4:0.

Azərbaycan Kuboku, 1/4 final mərhələsi, cavab oyunları

27 fevral

16:00. “Qarabağ” – “Səbail” 3:1

Qollar: Musa Qurrbanlı, 13 (1:0), Rüfət Abdullazadə, 15 (1:1), Emin Rüstəmov, 43-avtoqol (2:1), Nəriman Axundzadə, 55 (3:1)

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Şirmamed Mamedov

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun: 1:0.

19:30. “Sumqayıt” – “Sabah” 0:4

Qollar: Anatoli Nuriyev, 55, Xəyal Əliyev, 71, Coy Lens Mikels, 82, Amin Seydiyev, 90+3

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

VAR: Nicat İsmayıllı

AVAR: Rəhman İmami

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

İlk oyun: 0:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43