28 İyul 2026
Ölkə futbolu

“Sabah” futbolçusunu satdı, milyonlar qazandı 

“Sabah”ın futbolçusu Aaron Malouda karyerasını İsveçrədə davam etdirməyə yaxındır.

İdmanxeber.az Fransanın nüfuzlu “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, “Bazel” 20 yaşlı fransalı cinah oyunçusunun transferi ilə bağlı “Sabah”la razılıq əldə edib. İsveçrə klubu bu keçid üçün təxminən 3 milyon avro (6 milyon manata yaxın) ödəyəcək.

Maluda ötən mövsüm “Sabah”ın tarixindəki ilk çempionluğunda mühüm rol oynayıb. O, bütün turnirlərdə keçirdiyi 29 oyunda 9 qol vurub.

Bayquşlar” futbolçunu Fransanın “Lill” klubundan transfer etmişdi. Maluda paytaxt təmsilçisinə cəmi 170 min avroya  başa gəlib.

Masazır təmsilçisi gənc futbolçunun “Bazel”ə satışından 6 milyon manata yaxın gəlir edəcək.

Qeyd edək ki, Aaron Maluda Fransa millisinin sabiq üzvü və “Çelsi”nin keçmiş futbolçusu Floran Maludanın oğludur. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43