“Mançester Siti” müdafiəçisi Yoşko Qvardiolla müqaviləni uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı xorvatiyalı futbolçunun yeni sözləşməsi 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Daha əvvəl onun “Real”ın maraq dairəsində olduğu bildirilirdi.
Qvardiol 2023-cü ildən “Mançester Siti”də çıxış edir. O, bu müddətdə 122 oyunda 13 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

