“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Qimarayeşi transfer etməkdə israrlıdır.
İdmanxeber.az-ın məlumatına görə, London klubu braziliyalı futbolçunun şəxsi müqavilə şərtləri ilə bağlı razılıq əldə edib. İndi əsas məsələ iki klub arasında transfer məbləği üzrə anlaşmanın əldə olunmasıdır.
“Topçular” transferi bu həftə ərzində yekunlaşdırmağa çalışır. 28 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Nyukasl”ın əsas simalarından biri olub

