Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün 4 matç keçirilib. “Qaradağ Lökbatan” “Şahdağ Qusar”a 1:0 , “Kəpəz” “Bakı Sportinq”ə 2:0, “Araz-Naxçıvan” “Kür-Araz”a 6:1, “Sumqayıt” “Lerik”ə 6:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.
Qeyd edək ki, ötən gün oynanılan görüşlərdən sonra “Karvan”, “İrəvan”, “Səbail”, MOİK və “Turan Tovuz” 1/8 finala yüksəlib.
29 noyabr (çərşənbə)
13:30. “Şahdağ Qusar” – “Qaradağ Lökbatan” – 0:1
Qol: Sultan Mustafayev, 60
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
13:30. “Kəpəz” – “Baku Sportinq” – 2:0
Qollar: Nemət Musayev, 99, Martins Junior, 107
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Tovuz şəhər stadionu
15:00. “Kür-Araz” – “Araz-Naxçıvan” – 1:6
Qollar: Ramazan Abbasov, 52 – Kadiri Mohammed, 21, Nicat Süleymanov, 47, 87, 90+2, Orxan Əliyev, 65, 88
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev.
“Dalğa Arena”
18:00. “Lerik” – “Sumqayıt” – 0:6
Qollar: Rövlan Muradov, 19, Sənan Muradlı, 41, Erik Sorqa, 54, Kamran Quliyev, 68 Nihad Əhmədzadə, 77-pen. Kamran Quliyev, 80
Qırmızı vərəqə: Rahid Ağazadə, 23
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov.
“Kapital Bank Arena”
28 noyabr (çərşənbə axşamı)
“Karvan” – “Difai Ağsu” – 1:0
“Araz Saatlı” – “İrəvan” – 1:4
MOİK – “Cəbrayıl” – 4:0
“Şəfa” – “Səbail” – 0:7
“Turan Tovuz” – “Göygöl” – 5:1
1/8 final cütlükləri
“Qarabağ” – MOİK
“Turan Tovuz” – “Zirə”
“Neftçi” – “Qaradağ Lökbatan”
“İrəvan” – “Araz-Naxçıvan”
“Sumqayıt” – “Karvan”
“Səbail” / “Zaqatala” – “Şamaxı” cütünün qalibi
“Kəpəz” – “Bakı Sportinq” cütünün qalibi / “Sabah”
“İmişli” – “Mingəçevir” cütünün qalibi / “Qəbələ”