Ölkə futbolu

“Sumqayıt”ın futbolçusunun ayağı qırıldı – VİDEO

Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Sumqayıt”la “Lerik” üzə-üzə gəlir.

İdmanxeber.az-ın məlumatına görə, ilk hissəsi davam edən görüşdə “kimyaçılar”ın oyunçusu Kristian Velinovski sıradan çıxıb. Belə ki, “Lerik”li Rahid Ağazadənin sərt müdaxiləsindən sonra şimalı makedoniyalı futbolçunun ayağı qırılıb.

O, təcil yardım maşını ilə xəstəxanya aparılıb. Qarşılaşmanın baş hakimi Ağazadəyə birbaşa qırmızı vərəqə göstərib. Görüş “Sumqayıt”ın 1:0 üstünlüyü ilə davam edir.

Həmin görüntüləri təqdim edirik:

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43