Ölkə futbolu

Azərbaycan Kubokunda daha 4 komanda 1/8 finala yüksəldi 

Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi davam edir.

İdmanxeber.az xəbər verir ki, bu gün 4 matç keçirilib. “Qaradağ Lökbatan” “Şahdağ Qusar”a 1:0 , “Kəpəz” “Bakı Sportinq”ə 2:0,  “Araz-Naxçıvan” “Kür-Araz”a 6:1,  “Sumqayıt”  “Lerik”ə 6:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

Qeyd edək ki, ötən gün oynanılan görüşlərdən sonra “Karvan”, “İrəvan”, “Səbail”, MOİK və “Turan Tovuz” 1/8 finala yüksəlib.

29 noyabr (çərşənbə)

13:30. “Şahdağ Qusar” – “Qaradağ Lökbatan” – 0:1
Qol:
 Sultan Mustafayev, 60

Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu 

13:30. “Kəpəz” – “Baku Sportinq” –  2:0
Qollar:
 Nemət Musayev, 99, Martins Junior, 107

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Tovuz şəhər stadionu

15:00. “Kür-Araz” – “Araz-Naxçıvan” –  1:6
Qollar: 
Ramazan Abbasov, 52 – Kadiri Mohammed, 21, Nicat Süleymanov, 47, 87, 90+2, Orxan Əliyev, 65, 88

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev.
“Dalğa Arena” 

18:00. “Lerik” – “Sumqayıt” – 0:6
Qollar: 
Rövlan Muradov, 19, Sənan Muradlı, 41, Erik Sorqa, 54, Kamran Quliyev, 68 Nihad Əhmədzadə, 77-pen. Kamran Quliyev, 80

Qırmızı vərəqə: Rahid Ağazadə, 23
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov.
“Kapital Bank Arena”

28 noyabr (çərşənbə axşamı)

“Karvan” – “Difai Ağsu” – 1:0

“Araz Saatlı” – “İrəvan” – 1:4

MOİK – “Cəbrayıl” – 4:0

“Şəfa” – “Səbail” – 0:7

“Turan Tovuz” – “Göygöl” – 5:1

1/8 final cütlükləri

“Qarabağ” – MOİK

“Turan Tovuz” – “Zirə”

“Neftçi” – “Qaradağ Lökbatan” 

“İrəvan” – “Araz-Naxçıvan” 

 “Sumqayıt” – “Karvan”

“Səbail” / “Zaqatala” – “Şamaxı” cütünün qalibi

“Kəpəz” – “Bakı Sportinq” cütünün qalibi / “Sabah”

“İmişli” – “Mingəçevir” cütünün qalibi / “Qəbələ”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43