20 Sentyabr 2024
Ölkə futbolu

Azər Bağırov: “Rəqibi təzyiqdə saxlaya bildik”

“Gərgin oyun oldu. Oyundan qabaq da uşaqlara konsentarsiya haqda danışmışdıq. Rəqibin necə oynadığını bilirdik. Qol epizodları verməsək də, rəqibin texniki sarıdan üstün futbolçuları var. Bizim də qol epizodlarımız oldu. Rəqibi təzyiqdə saxlaya bildik. Bunu daha da çoxaltmaq lazımdır. Gələcək oyunlarda daha da istədiyimiz “Kəpəz” görəcəyik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 6-cı turunun “Araz-Naxçıvan”la görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Araz-Naxçıvan”da işləməyim barədə fikirləşmirdim. Komandamı oyundan-oyuna daha da yaxşılaşdırmağı fikirləşirik. İstədiyimiz oyun tərzini, futbolu sərgiləmək istəyirik.

Vurğun Hüseynovla qısa dialoqumuz oldu. Məşqlərin birində danışdıq. İllərdir ki, Azərbaycan futboluna xidmət edir, əməyi var. Bugünkü vəziyyəti görüb, bizə uğurlar arzuladı. Futbolda başqa sahədə çalışmaq istədi. Biz də ona təşəkkür etdik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43