20 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycan çempionatı: tribunalarda 20,30,60 azarkeş

Azərbaycan II Lİqasında II tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun ən çoz azarkeş qeydə alınan matçı “Şəmkir” – Hypers Quba” görüşündə olub. Şəmkir OİK stadionunda baş tutan qarşılaşmanı 800 nəfər izləyib. 

Turun ən az tamaşaçısının qeydə alın matçları isə “Füzuli” – “Qusar” və “Kür Araz” – “Şahdağ Qusar” oyunları olub. Hər iki matçı tribunalardan cəmi 20 azarkeş izləyib.

Digər görüşlərdəki qeydə alınan tamaşaçı sayı belədir:

Lerik – Şəki Siti – Lənkəran OİK stadionu. 40 tamaşaçı, 2:1

Şimal – Ağdaş – Siyəzən şəhər stadionu. 60 tamaşaçı, 8:0

Dinamo – Şəfa – “Neftçi Futbol Mərkəzi” (IV meydança). 70 tamaşaçı, 1:3

Saatlı -Araz – Göygöl – Şirvan OİK stadionu. 30 tamaşaçı, 2:2

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43