Azərbaycan çempionatında daha bir mübahisəli hakim qərarı qeydə alınıb.
İdmanxeber.az-ın məlumatına görə, söhbət Əvəzedicilər liqası XI tur çərçivəsində keçirilən “Sabah 2” – “Neftçi 2” görüşündən gedir. Qarşılaşmada “bayquşlar”ın 83 nömrəli oyunçusu Stefen Ende baş hakim Rauf Cabbarov tərəfindən birbaşa qırmızı vərəqə verilərək meydandan qovulur.
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında isə futbolçu rəqibinə qarşı təcavüzkar davranışına görə bir oyun cəzalanır, “Sabah” klubu 150 manat cərimələnir.
Halbuki epizoda diqqətlə baxanda Endenin rəqibinə qarşı hər hansı bir müdaxiləsi görünmür. Əksinə “Neftçi”nin oyunçusunun ona toxunaraq özünü yerə atdığı müşahidə edilir. Matçın baş hakiminin burada nəyə görə qırmızı vərəqə verdiyi isə müəmma olaraq alır.
Həmin epizodu nəzərinizə çatdırırıq: