“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”dən qovulan Erik ten Haq barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis niderlandlı çalışdırı üçün qapılarının açıq olduğunu bildirib:
“Bizim Erik ten Haq üçün qapılarımız açıqdı. İstənilən vaxt. Ciddi deyirəm. Amma bunun baş verəcəyini düşünmürəm. Mənim üçün, bizim üçün problem yoxdur”.
Pep Qvardiola və Erik ten Haq “Bavariya”da birlikdə çalışıblar.