21 Sentyabr 2024
İdman

Azərbaycan Cüdo Federasiyası Gəncədə “ustad dərsi” təşkil etdi

Azərbaycan Cüdo Federasiyası Gəncədə “ustad dərsi” təşkil edib.

İdmanxeber.az-ın məlumata görə, milli kata komandasının üzvü Samir İsmayılov və digər təcrübəli idmançılar müxtəlif cüdo fəndlərini uşaqlara və yeniyetmələrə nümayiş etdirib, onları göstərilən fəndləri sınamağa çağırıblar.

İştirakçılar üçün viktorina keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43