UEFA Konfrans Liqasında “Neftçi”, “Qəbələ” və “Zirə”nin üçüncü mərhələdəki potensial rəqibləri bəlli oldu.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
“Neftçi” II raundda Kipr “Aris”ini üstələyəcəyi təqdirdə, aşağıdakı cütlüklərin birinin qalibi ilə görüşəcək:
“Tvente” (Niderland),
“Mölde” (Norveç) / “Elfsborq” (İsveç) cütünün qalibi
“Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi
“Hapoel” (Beer-Şeva, İsrail) / “Dinamo” (Minsk, Belarus) cütünün qalibi
“Levski” (Sofiya, Bolqarıstan) / PAOK (Yunanıstan) cütünün qalibi
Digər iki təmsilçimiz – “Zirə”ylə “Qəbələ” isə III raundda səpələnmişlər səbətində yer alacaq. “Qartallar” İsrailin “Makkabi” (Tel-Əviv) komandasını turnirdən kənarlaşdırsa, aşağıda adları qeyd olunan komandalardan biri ilə üz-üzə gələcək:
“Rujomberok” (Slovakiya) – “Riqa” (Latviya) cütünün qalibi
“Kızıl Jar” (Qazaxıstan) – “Osiyek” (Xorvatiya) cütünün qalibi
“Vikinqur” (Farer adaları) – DAK 1904 (Slovakiya) cütünün qalibi
“Qzira Yunayted” (Malta) – “Radniçki” (Serbiya) cütünün qalibi
“Qomel” (Belarus) – “Aris” (Yunanıstan) cütünün qalibi
Konfrans Liqasındakı üçüncü təmsilçimiz olan “Qəbələ” isə Macarıstanın “Fehervar”ını keçəcəyi təqdirdə bu rəqiblərdən biri ilə qarşılaşacaq:
“Panatinaikos” (Yunanıstan)
“Sepsi” (Rumıniya) – “Olimpiya” (Sloveniya) cütünün qalibi
“Vlajnaya” (Albaniya) – “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi
“Koper” (Sloveniya) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi
“Petrokub” (Moldova) – “Laçi” (Albaniya) cütünün qalibi
İyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Həmin gün ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın da rəqibi bəlli olacaq. Ağdam təmsilçisi II mərhələdə İsveçrə “Sürix”ini üstələsə, səpələnmişlər səbətində yer alacaq və “Lüdoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya), “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütlərinin qalibi, yaxud da Kiprin “Apollon” (Limassol) klubuna rəqib olacaq.