Ölkə futbolu

Azərbaycan kubokunda sürpriz nəticələr – YENİLƏNİB

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk oyununda. “Qarabağ” “Qəbələ”nin qonağı olub. Tərəflər arasında ilk matç 2:2-lik heç-heçə ilə başa çatmışdı. Cavab matçında “Qəbələ” minimal hesabla qələbə qazanaraq yarımfinala yüksəlib.

Günün digər matçında da sürpriz nəticə qeydə alınîb. “Sabah” öz meydanında da “Səbail”lə uduzaraq kubokda mübarizəni dayandırıb.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, cavab oyunları

19 dekabr

16:00. “Qəbələ” – “Qarabağ” – 1:0
Qol: 
Ramon Maçado, 71

İlk oyun – 2:2
Qəbələ şəhər stadionu

“Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 23. Rafael Utziq, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov

19:00. “Sabah” – “Səbail” – 0:1

Qol: Qoba Zakpa, 73
İlk oyun – 2:3
“Bank Respublika Arena”

“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 10. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev

“Səbail”: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 5. Petro Stasyuk
Ehtiyat oyunçular: 1. Emil Balayev, 9. Mirabdulla Abbasov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43