Ölkə futbolu

Azərbaycan Kuboku: “Qarabağ”ın rəqibi bəlli oldu – YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 5 matç keçirilib. Bu oyunlardan sonra “Karvan”, “İrəvan”, “Səbail”, MOİK və “Turan Tovuz” 1/8 finala yüksəlib.

“Karvan” 1/8 finalda “Lerik” – “Sumqayıt” duelinin güclüsü ilə görüşəcək. “İrəvan” 1/8 finalda “Kür-Araz” – “Araz-Naxçıvan” cütünün qalibi ilə üz-üzə gələcək. MOİK növbəti mərhələdə “Qarabağ”a rəqib olub. “Səbail” “Zaqatala” – “Şamaxı” cütünün güclüsü ilə, “Turan Tovuz” isə “Zirə” ilə qarşılaşacaq. 

Bu mərhələnin oyunları 1 görüşdən ibarətdir. 

Qeyd edək ki, mərhələnin digər görüşləri 29-30 noyabr tarixlərində oynanılacaq. Qaliblər 1/8 finala vəsiqə qazanacaqlar.

28 noyabr (çərşənbə axşamı)

13:30. “Karvan” – “Difai Ağsu” – 1:0

Qol: Voronsov 72
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Səbuhi Sultanov, Elvin Bayramov.
Yevlax şəhər stadionu

13:30. “Araz Saatlı” – “İrəvan” – 1:4

Qollar: Rəvan Əvəzov 79-pen. – Elvin Yunuszadə 4, Cavid Tağıyev 27, Vüsal Əsgərov 45+3-pen, Arsen Ağcabəyov 70
Hakimlər: Kamal Umudlu, Şirmamed Mamedov, Kərim Zeynalov, Əkbər Əhmədov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu 

13:30. MOİK – “Cəbrayıl” – 4:0

Qollar: İsa Zeynallı (p), Cavidan Abbaszadə 45+3, 86, Elvin Vəliyev 73
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Rövşən Rəcəbov.
Binə qəsəbə stadionu 

15:00. “Şəfa” – “Səbail” – 0:7

Qollar: Samir Abdullayev, 10, Yadin Lugasi, 11, Adi Mehremiç, 20, Taleh Qarayev, 25, Amil Yunanov, 35, 76, Aleksand Ramalinqom, 86
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva.
“ASCO Arena”

17:00. “Turan Tovuz” – “Göygöl” – 5:1

Qollar: Ayxan Hüseynov, 4. Belaydi Pusi, 41; 88. Ayxan Hüseynov, 45. Tərlan Quliyev, 90+2-pen – Ülvi Cəlilov, 38-pen.
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Şamil İmanzadə.
Tovuz şəhər stadionu 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43