Ölkə futbolu

“Şamaxı” portuqaliyalı qapıçı transfer etdi – RƏSMİ

“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı qapıçı Rikardo Fernandesi heyətinə qatıb. Qolkiperlə bir illik müqavilə imzalanıb.

29 yaşlı qapıçının son klubu Portuqaliya “Torreens”i olub.

Qeyd edək ki, “Şamaxı” bu yay Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov, Belajdi Pusi, Brahim Konate və Georgi Kantariyanı da heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43