Azərbaycan və Latviya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, matçı Maltadan olan hakimlər briqadası idarə edəcək.
Trustin Farrugia Kann matçın baş hakimi olacaq. Ona yax xətdə Luke Portelli və Dunkan Sultana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andrea Skiriha icra edəcək.
Qeyd edək ki, martın 29-da Maltadakı Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.