17 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycan millisi Serbiyaya da uduzdu – YENİLƏNİB

Bu gün U-21 yığma komandamız AVRO-2025-in (U-21) seçmə mərhələsi çərçivəsində daha bir oyun keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv doğma meydanda Serbiya yığmasını qəbul edib. Görüş qonaqların qələbəsiylə başa çatıb – 2:0.

Azərbaycan yığması Serbiyadakı görüşdə də rəqibinə 0:2 hesabı ilə uduzmuşdu.

Xatırladaq ki, yığma ayın 6-da Lüksemburqa da 0:2 hesabı ilə məğlub olub. Hazırda 3 xalı olan millimiz qrupda 6-cı – sonuncu sıradadır.

19:00 Azərbaycan (U-21) – Serbiya (U-21) 0:2

“Dalğa Arena” stadionu, Bakı
Baş hakim Bastien Deçepu (Fransa)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43