“Krasnodar-3” komandasının baş məşqçisi Mxitar Davidyan Antalyadakı təlim-məşq toplanışı çərçivəsində dünən Azərbaycanın U-19 millisi ilə oyunu (1:1) şərh edib.
klubun saytına danışan erməni çalışdırıcı yığmamızın yüksək keyfiyyətli komanda olduğunu bildirib:
“Onlar yaxşı təşkilatlanmış futbol oynayırlar. Yığma həmin yaşda ölkənin ən güclülərinin toplaşdığı komandadır. Bir sözlə, rəqib layiqli komanda idi. Biz isə oyun epizodlarında pis deyildik. Ancaq göründüyü ki, uşaqlarla hələ çox işləməliyik”.