21 Dekabr 2024
Kateqoriyasız

“Azərbaycandan gələn təklifi qəbul etmədim” – türkiyəli futbolçu

“Azərbaycan millisində oynamadığım üçün peşman deyiləm. Çünki Türkiyə yığmasında çıxış etmək istəyirdim”

İdmanxeber.az-ın məlumatına görə, bunu son olaraq Türkiyənin “Ankaragücü” klubunda çıxış edən Hasan Hüseyin Acar “Sporx” nəşrinə açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi 2018 – 2020-ci illərdə Azərbaycan millisindən dəvət aldığını xatırladıb: “Kayserispor”da təlim-məşq toplanışında idim. Gözləmədiyim anda belə bir təklif aldım. Həmin vaxt Türkiyə millisinin baş məşqçisi Şenol Günəş də oraya gəlmişdi, məni hər an milliyə çağıra biləcəyini dedi. Ona görə də Azərbaycandan gələn təklifi qəbul etmədim”.

Qeyd edək ki, Hasan Hüseyin Acar Türkiyənin U-20 millisinin formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43