Kateqoriyasız

Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film təqdim olunub -VİDEO

Azərbaycan mini-futbol millisinin tarix yazaraq Avropa çempionu olması müxtəlif sferalarda yüksək qiymətləndirilib.

Komandanın bu uğuru Azərbaycan Prezidenti İlham Əliyevin də diqqətini çəkib və təsadüfi deyil ki, daim idmana qayğı göstərən, bütün uğurları nəzarətdə saxlayan ölkə başçısı milli komandanın üzvlərini və federasiya rəhbərliyini qəbul edib, onların nailiyyətlərinin dövlət səviyyəsində diqqət mərkəzində olduğunu vurğulayıb.

Millinin bu uğurunun əbədiləşdirilməsi və tarixdəki yerini alması üçün komanda haqqında film çəkilib.

“Doqquzuncu an” adlanan filmin ideya müəllifi Azərbaycan Mini-Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan İbrahimoğlu, quruluşçu rejissoru isə Elçin Qasımovdur.

Ekran əsərində komandamızın Avropa çempionatında zəfərə gedən yolundan bəhs edilir. Bununla yanaşı, gənclər və idman naziri Fərid Qayıbovun, Mini-Futbol Federasiyasının təsisçisi Orxan Məmmədovun və Federasiya prezidenti Taleh Nəsibovun da fikirlərinə yer verilib.

İdeya müəllifi Sərxan İbrahimoğlu bildirib ki, ekran əsərinin ərsəyə gətirilməsində əsas məqsəd mini futbolçularımızın qarşıdan gələn dünya çempionatı öncəsi motivasiyalarının artırılması, onlara olan diqqətin, qayğının bariz nümunə kimi bir daha sərgilənməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43