Kateqoriyasız

“Qarabağ”dan azarkeşləri sevindirəcək xəbər – yeni biletlər…

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyununda qonaq komanda öz azarkeşləri üçün Ağdam klubundan cəmi 50 bilet istəyib. 

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna görə əldə olunmuş razılığa əsasən, 26-cı sektorun biletləri də “Qarabağ”ın azarkeşləri  üçün satışa çıxarılıb. Həmin biletləri iticket.az və kassalardan almaq mümkündür.

Qeyd edək ki, bilet satışı 2 gündür davam edir. 29-38-ci sektorlara olan biletləri onlayn deyil, yalnız kassalardan almaq mümkündür

Xatırladaq ki, oktyabrın 13-ü keçiriləcək “Qarabağ” – “Olimpiakos” görüşü saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43