01 Oktyabr 2024
Milli komanda

Azərbaycan – Slovakiya matçının biletləri satışa çıxarıldı

UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya oyununun biletləri satışa çıxarılıb.

İdmanxeber az xəbər verir ki, biletlərin qiymətləri 3, 5 və 10 manat  – VİP sektorlada isə 20 və 30 manat təşkil edir.

iTicket.az satış məntəqələri:
 
Gənclik Mall
28 Mall
Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
3 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi 

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Əlavə edək ki, AFFA azarkeşlərə çağırış edərək onları milliyə dəstək olmağa çağırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43