07 Dekabr 2024
Dünya futbolu

“Real”da ciddi itki

La Liqanın 8-ci turunda “Atletiko” ilə matçda (1:1) zədələnən “Real”ın qapıçısı Tibo Kurtua tibbi müayinədən keçib.

İdmanxeber.az Madrid klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı belçikalının sol ayağının körpü əzələsinin zədələnməsi aşkarlanıb.

Kurtua milli komandaların oyunları bağlı yaranmış fasilədən sonra meydana qayıdacaq. “Real” çempionatı oktyabrın 19-da “Selta” ilə görüşlə bərpa edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43