Xorvatiya millisinin kapitanı Luka Modriçin bu gün doğum günüdü.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bildirib ki, Azərbaycan millisi üzərində qələbə doğum günü üçün ən yaxşı hədiyyə olar:
“14 ilə yaxındır yığmadayam. İndiyədək yalnız 2 və ya 3 ad günümü burada qeyd etməmişəm. Ad günüm oldu-olmadı, 3 xal qazanmalıyıq. Bunun üçün hamımız əlimizdən gələni edəcəyik. Təbii ki, qalib gəlsək, bu, mənim üçün ən böyük hədiyyə olacaq”.
Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da başlayacaq.