Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Xorvatiya oyununun hakimləri açıqlanıb.
Matçı isveçrəli hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Sandro Şerer olacaq. Ona yan xətdə həmyerliləri Stefab De Almeyda və Sladan Josipovic kömək edəcək. Fedayi San isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.