Azərbaycan millisi UEFA Millətlər Liqası IV turunda Bakıda Slovakiya yığması ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, oyundan öncə futbol biliciləri qarşılaşmada qonaqları favorit hesab edib. Belə ki, bukmeker konturları Azərbaycanın qələbəsinə 5,61, Slovakiyanın qalibiyyətinə isə 1,72 əmsal təyin edib.
Görüşün heç-heçə bitmə ehtimalı isə 3,93 olaraq dəyərləndirilib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.