21 Dekabr 2024
Ölkə futbolu

Azərbaycanda futbolçular hakimlərlə görüşməkdən imtina etdi – VİDEO

Azərbaycan I Liqa klubu “Zaqatala”nın futbolçuları oyun başlamazdan öncə hakimlərlə görüşməkdən imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, hadisə ötən mövsüm “Zaqatala” – “Difai Ağsu” matçında baş verib. Ev sahibi komandanın oyunçuları hakimlər qadın olduğu üçün onlarla əllə görüşmək istəməyib. Görüntülər sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub.

Komandanın legionerləri isə hakimlərin əllərini havada saxlamayıb.

Oyunçuların referilərlə görüşməmə səbəbi onların inancları ilə bağlı olduğu bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43