21 Dekabr 2024
Kateqoriyasız

“Azərbaycanda top saxlamağı və şou göstərməyi xoşlamır” – Hendrik Eksteyn

“Sabah”ın cənubi afrikalı vingeri Hendrik Eskteyn “Sowetan Live” nəşrinə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçu “Sabah”da fərqli oyun tərzində çıxış etdiyini bildirib:

“Burada uzun müddət top saxlamağımı istəmirlər. Top daim hərəkət etməlidir. Məşqlərdə belə topa bir-iki toxunuşla oynayırıq. Top saxlamağı və şou göstərməyi xoşlamırlar. Azarkeşlər və rəqib oyunçular belə hərəkətlərlə digər futbolçuları utandırmağı xoşlamır. Bu hərəkətləri etsən, hər kəs sənə gülməli baxacaq. Bu günə qədər öyrəndiyim şey budur”.

Eksteyn Premyer Liqanın ilk turunda “Neftçi”yə qarşı yaxşı oynadığını bildirib:

“İlk turda “Neftçi” ilə oyunda yaxşı oynadım, məhsuldar ötürmə etdim. Qalib gəlmək istəyirdik, ancaq assist etdiyim üçün məmnunam. Azərbaycan və Cənubi Afrika futbolu fərqli deyil. Futbol futboldur. Futbolçular tez qərar verib, oynamağı xoşlayırlar. Əsasən, bir-iki toxunuşlu ötürmələrə üstünlük verilir”.

Futbolçu Azərbaycanda mühit, dil və mədəniyyətə uyğunlaşma prosesi barədə bunları söyləyib:

“Burada ingiliscə danışan çox az adam var. Vaxtımın çoxunu məşqdə və evdə keçirirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43