“Şamaxı”nın sabiq baş məşqçisi Vüqar Əsgərli Türkiyəyə yollanacaq.
İdmanxeber.az-a verilən məlumata görə, mütəxəssis “Antalyaspor”un düşərgəsində olacaq. O, təcrübə qazanmaq üçün komandanın məşqlərini izləyəcək və klubun baş məşqçisi Nuri Şahinlə görüşəcək. Əsgərlinin bir həftə Türkiyədə qalacağı bildirilir.
Azərbaycan I Liqasında mübarizə aparan “Şamaxı”nı çalışdıran mütəxəssis bir müddət öncə tutduğu vəzifədən istefa verib.