Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniyada çempionatı VI turunun rəmzi heyətində yer alıb.
İdmanxeber.az-ın məlumatına görə, “Eqnatiya”da çıxış edən müdafiəçi ardıcıl olaraq iki dəfə turun “11-liy”inə düşür. Əliyev ötən həftə komandasının “Elbasani”yə qarşı görüşündə (0:0) oyuna əsas heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Xatırladaq ki, “Eqnatiya” 6 oyundan sonra 11 xalla ikinci pillədədir.