Futbol üzrə Çexiya Gənclər Liqasında XIV turun oyunları keçirilib.
U-21 millimizin futbolçusu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” səfərdə “Pribram”ı 2:3 hesabı ilə məğlub edib. Həmyerlimiz matçın 60-cı və 68-ci dəqiqəsində fərqlənərək komandasının qələbəsində böyük pay sahibi olub.
Bu, həmyerlimizin mövsüm ərzində vurduğu 10-cu qolu olub. Gənc oyunçu bu gün vurduğu iki qolla bombardirlik yarışında liderliyə yüksəlib.